Bir vücudda iki insan - FOTO

10 Oktyabr 2013 15:30
Avstraliyanın Sidney şəhərində yaşayan 34 yaşlı stilist və vizajist Tobi Dikson insanın mahiyyətindəki ikili varlığı ortaya çıxarmaq istədiyini bildiririr.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, müxtəlif modellərdən yararlanan T.Dikson onların vücudlarını "ikiyə bölərək" fərqli ruhlu simaları aşkarlamaqdadır.

Onun modellərindən birinin yarısı bədəni döymələrlə dolu aqressiv pank, yarısı isə sakit və təmkinli bank klerkidir.

Digər model qadındır: onun yarısı ciddi xanım, yarısı isə absolyut azadlığa can atan çılğın şəxsdir.

"Mənim insanlarım sanki gündüz və gecə, mənfi və müsbətdir. Fotolar şəndir, amma ciddi qəbul olunurlar və ciddi şərhlər alıram", - deyən Tobi Diksonun sözlərinə görə, hələ 9 yaşı olanda arthaus stilində çəkilmiş filmi görüb və insanın ruhundakı ikili məzmuna, davranış dualizminə maraq salıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: Daily Mail