GUAM: "Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil edilib və keçirilib" - YENİLƏNİB

9 Oktyabr 2013 22:48

22:48

Trend-in məlumatına görə, GUAM-ın müşahidə qrupunun bəyanatını diqqətə çatdıran qurumun baş katibi Valeri Çeçelaşvili bildirib:

"Ümumi seçki prosesinə, seçki məntəqələrində seçkilərin təşkili və komissiyaların fəaliyyətinə gəldikdə, GUAM-ın müşahidə qrupunun səsvermənin nəticələrinə təsir edə biləcək rəyi yoxdur. Seçki mübarizə əhval-ruhiyyəsində keçib və ümumilikdə azad və ədalətli keçirilməsi baxımından müsbət qiymətləndirilə bilər".
 

GUAM-ın bu bəyanatı Bakıda 35, Sumqayıtda isə 7 seçki məntəqəsində aparılan müşahidələrin nəticəsinə əsaslanır.


---------
22:17

Azərbaycanda prezident seçkiləri ATƏT və Avropa Şurasının öhdəlikləri və standartları, həmçinin Azərbaycanın milli qanunvericiliyi daxil olmaqla demokratik seçkilərin beynəlxalq öhdəlikləri və standartlarına uyğun təşkil edilib və keçirilib.

Trend-in məlumatına görə, bu barədə GUAM-ın müşahidə qrupunun bəyanatında deyilir.

Bəyanatı bu gün keçirilən brifinqdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili oxuyub.

Milli.Az