Həyatımızın müəyyən məqamlarında inanclarımızın bizə uğur və ya pislik gətirəcəyinə inanırıq. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Əslində inanclara inanan yeganə xalq deyilik. Hər bir xalqın özünə uyğun inancları var, amma müqayisədə bizim inanclar bəzən ifrat dərəcəyə qədər gedib çıxır.Bəzi inanclar cahillikdən irəli gələrək şişirdilir