Tanış olun: lüks Cadillac Escalade - VİDEO

8 Oktyabr 2013 20:38
Cadillac ilin əsas yeniliyini - yeni Escalade təqdim edib. Bir sıra dəyişikliklərə baxmayaraq söhbət heç də yeni nəsildən getmir. Amerikalılar xarici görünüşü təravətləndirib və bir sıra yeni həllər daxil edərək cari modelin restaylinqini həyata keçiriblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, zahirən yeni Escalade öz sələfindən fərqli radiator barmaqlığı, baş optika və bamperlə fərqlənir. Daxildə tutarlı dəyişikliklər daha çoxdur. Belə ki, məsələn, yolsuzluq avtomobilinin salonunda diaqonalı 8 və 12,3 düym olan iki ekran peyda olub. Birincisi cihaz paneli üçün cavabdehdir, ikinci isə - multimedia sisteminin bir hissəsidir.

Yeni Cadillac öz seqmentinin müasir modelləri üçün adət etdiyimiz bir sıra imkanlar əldə edib. Bunlar naviqasiya sistemi, Bluetooth, Blu-Ray, görünməyən zonaların monitorinqi və hərəkət zolağından çıxmamaq üçün nəzarət sistemləridir. Bütün bunlar indi Escalade -da baza avadanlığı kimi əlçatandır, hərçənd restaylinq öncəsi modeldə həmin sistemlər istisnasız olaraq əlavə ödəmə ilə seçimlər kimi təklif edilirdilər.

Texniki planda da yolsuzluq avtomobili həmçinin bəzi dəyişikliklər əldə edib. Məsələn, Escalade-ın öz mühərrikinin- 6,2-litrlik benzin aqreqatının gücü artıb. İndi mühərrik 420 a.g. hasil edir, hərçənd cari versiyada hasilat 409 at gücü təşkil edir. Avtomobil 2014-cü ilin başlanğıcında Amerika bazarına çıxacaq. Bununla belə, artıq məlumdur ki, yenilənmiş Cadillac Escalade iki kuzovda almaq mümkün olacaq: standartda və uzadılmış təkər bazasıyla.

Milli.Az