Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyadakı Darhem Universitetinin alimləri ana bətnindəki dölün müxtəlif vaxtlarda ultrasəs fotolarını çəkərək onun hisslərə, emosiyalara malik olduğunu aşkarlayıblar.
Britaniyalı alimlərin dediklərinə görə, hamilə qadının bədəninin müxtəlif yerlərinə toxunarkən onda ağrı-acı hissləri dayanırsa, bu durum bətndəki uşağın mimikasına mütləq təsir edir.
"Bu araşdırma zamanı dünyada ilk dəfə müəyyən olundu ki, ana bətnindəki uşaq əl və ayaqlarının hərəkətini əvvəlcədən müəyyənləşdirir. Onlar əllərini ağızlarna belə apara bilirlər və analarının keçirdikləri hissləri yaşayırlar", - Darhem Universitetinin alimləri bildiriblər.
Britaniyalı alimlər hamiləliyin 32-ci həftəsində olan qadının bətnindəki dölün 3D fotolarıın çəkiblər.
Əldə edilmiş fotolar yeni doğulmuş uşaqların qidalanmasının ilk mərhələsinə hazırlığın daha effektivləşdirilməsi vasitəsi ola bilər.
Milli.Az