Google və ya Samsung BlackBerryni alır?

7 Oktyabr 2013 20:56

Keçən ay Kanadanın Fairfax Financial Holdingsə satılacağı açıqlanan ağıllı cib telefonu şirkəti BlackBerry yeni alternativlər axtarmağa başlayıb.

İqtisadi baxımdan çətin vəziyyətdə olan BlackBerry yerdə qalan hissələrinin satışı ilə bağlı Cisco, Google və SAP, İntel, LG və Samsung daxil olmaqla məşhur şirkətlərlə danışıqlar aparır. Qeyd edək ki, BlackBerryinin Fairfax Financial Holdings-ə 4.7 milyard dollara satılması haqqında məlumatlar bazarda maliyyə baxımdan sual işarələri yaratmışdı.

Milli.Az ICTnews-a istinadən bildirir ki, adı çəkilən 6 şirkətin BlackBerry üçün bir təklif verib-verməyəcəyi bilinmir. Şirkətin xüsusilə etibarlı server şəbəkəsi və patent portfeli iştah qabartsa da, BlackBerrynin ötən ay zərəri təxminən 1 milyard dollar ətrafında olub. Hansı ki, bu da şirkətlə əlaqədar naməlum vəziyyət yaradır.

Önümüzdəki 18 ay içində BlackBerrynin patent portfeli və lisenziya razılaşmalarının da yarı-yarıya azalacağı deyilir. Reuters BlackBerrynin qurduğu mesajlaşma sisteminə 3-4.5 milyard dollar, patentlərinə 2-3 milyard dollar, nağd pul ilə sərmayələrinə isə 3.1 milyard dollar ətrafında qiymət biçdiyini yazır. BlackBerrynin 1.5 il ərzində 2 milyard dollara yaxın nağd pul əldə etməsi gözlənilir.

Milli.Az