Yeni, kiçik Jeep - FOTO
5 Oktyabr 2013 18:58
Belə nəticəyə yeni modelin Alp dağlarında sınaqlarının şəklini çəkmiş fotocasuslar gəliblər. Bu, necə deyərlər "test qatırı" adlandırılan nüsxədir: kuzovun əsası Fiat 500L kompaktvendən götürülüb və belə maşında hələ ki, yalnız ayrı detallar və gələcək modelin aqreqatları sınaqdan çıxarılır.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Fiatla qohumluq krossover seriyaya getdikdən sonra da qalacaq: o Fiat 500X yığcam krossoverin platformasından istifadə edəcək və hər iki model eyni zavodda - Turində buraxılacaq. Son məlumatlara görə, hər iki yenilik 2014-cü ildə işıq üzü görməlidir. Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.