"Aerovaqon" Chevrolet Corvette - FOTO

6 Oktyabr 2013 23:23
Corvette avtomobillərinin tüninqi (və onların əsasında yeni modellərin hazırlanması) üzrə ixtisaslaşan Amerika firması Callaway 2013-cü ilin martında elan edilmiş 2014 Chevrolet Corvette universalın seriya buraxılışıyla məşğul olacaq. Adına AeroWagon əlavəsi edilmiş qeyri-adi yeni modelin ilk nüsxələri artıq cari ilin sonuna kimi çıxacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Callaway modelləri sıfırdan yığmayacaq - Shooting brake kuzovunda Corvette hazırlanması üçün adi sportkar, bir az karbon və $22 995 lazım olacaq. Yeri gəlmişkən, qiymət artıq keçən yazdan bəri $15 000 artıb. Modifikasiyaya nə qədər vaxt lazım olacağını tünerlər hələ dəqiqləşdirmirlər.

Maraqlıdır ki, Callaway şirkəti Corvette AeroWagon üçün 320 km/saat yaxın maksimum sürət söz verir. Deməli, modelin 455-güclü "səkkizlik" mühərrikində də bəzi tamamlama işləri gözlənilir. Bu qeyri-adi layihədən başqa firma FIA GT3 seriyası yeni yarış avtomobilinin hazırlamasını planlaşdırır. Onun əsasında yeddinci nəsil Corvette duracaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.