Bu da yeni Escalade

2 Oktyabr 2013 22:36
İnternetdə yeni Cadillac Escalade salonunun ilk şəkilləri yerləşdirilib. Yolsuzluq avtomobilinin interyeri bir sıra əhəmiyyətli dəyişikliklərə məruz qalıb. WorldCarFans bildirir ki, avtomobildə xeyli yüksək keyfiyyətli materiallardan istifadə edilib və həmçinin yeni opsiyalar hazırlanıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəllər yeni avtomobilin premyerasının oktyabrın 7-də olacağı bildirilmişdi. Hələlik avtomobilin mühərrikləri haqqında rəsmi informasiya yoxdur.

Milli.Az