Pizza printerdə çap olunur

2 Oktyabr 2013 21:14

Quartz saytının məlumatına görə, ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) qidanın 3D printerində çapı metodunun işlənməsi üzrə layihəyə start verib. Bu üsulla hazırlanacaq ilk prototipin pizza olacağı bildirilir.

Qidanın 3D printerində çapı texnologiyasını dünyanın inkişaf etmiş regionlarına təklif etməyi nəzərdə tutan qrantı Systems & Materials Research şirkəti əldə edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, NASA-da bu texnologiya Marsa kosmik uçuşlar zamanı istifadə üçün nəzərdə tutulub. SMRC korporasiyasının aparıcı mühəndisi olan Ancan Kontraktor bildirib ki, yeməkləri saxlama müddəti 30 il olan ovuntulardan çap etmək planlaşdırılır.

Kontraktorun fikrincə, məqsədə çatmaq üçün qida tozlarının tərkibindən mayenin tamamilə çıxarılması lazım gələcək. Pizza xəmir, sous və pendir qatlarından ibarət olduğundan onları ayrı-ayrılıqda çap etmək və sonra bir-birinin üzərinə qoymaq mümkündür. Tərkibin qidalı maddələrə görə tarazlığına nail olmaq üçün başqa zülallı materiallardan da istifadə etmək olar. Mühəndis əlavə edib ki, pizzanı printerdə asanlıqla qızdırmaq mümkün olacaq.

Milli.Az