Azərbaycan Türkiyədə ən böyük sərmayədardır

2 Oktyabr 2013 10:51
Türkiyədə ən böyük sərmayədar Azərbaycandır. Bu barədə Trend-ə açıqlamasında "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib.

Onun özlərinə görə, TANAP layihəsi Azərbaycan və Türkiyə üçün strateji qərarlardan biridir.

"SOCAR Turkey Enerji"nin rəhbəri bildirib: "TANAP Azərbaycan qazının Avropaya tədarükünə imkan verir və bu layihə xüsusilə əhəmiyyətlidir".

Yavuzun sözlərinə görə, ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə həyata keçirilən layihələrə (Trans-Anadolu qaz kəməri layihəsi ilə birlikdə) yatıracağı investisiyaların ümumi həcmi 17 milyard dollar təşkil edəcək.

Yavuz bildirib: "Hazırda Türkiyədə 17 milyard dollar həcmində xarici investisiya yoxdur".

Milli.Az