Samsung Galaxy Note 3-ü yoxladılar

1 Oktyabr 2013 22:13
Android Authority resursu Samsung Galaxy Note 3 smartfonunun dayanıqlığını sınaqdan keçirib. Aparat ənənəvi sınaqdan (150 santimetrdən yerə doğru buraxılıb) keçirilib. Nəticədə məlum olub ki, sözügedən aparatın ekranı smartfonun ən həssas elementidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yerə düşmə Galaxy Note 3 smartfonunun işləmək qabiliyyətinə təsir etməyib, lakin sınaqdan sonra planşetofonun məhsul görünüşü itib: ekrandan başqa korpus da zədələnib.

Xatırladaq ki, Samsung Galaxy Note 3 1.9 QHs takt tezlikli Exynos 5 Octa prosessoru, 3 QB əməli yaddaş, 32/64 QB daxili yaddaş, microSD slotu, 13 meqapiksellik kamera, 3200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Ekranın diaqonalı 5,7 düym, təsvir ölçüsü 1920×1080 nöqtə təşkil edir.

Milli.Az