Erotik türk yazar: "Aldadıldığımı mediadan öyrəndim" - FOTO

1 Oktyabr 2013 14:03
29 yaşlı Arzum Uzun "Türkiyənin ən erotik yazarlarından biri" sayılır.

Jurnalist karyerasına başlayandan sonra "Vizon", "Vizon Beauty", "Vizon Erkek", "Hülya", "Esquire" və "Alem" jurnallarında redaktor çalışmış A.Uzun sonralar yazarlığa, moda və şou-biznes şərhçiliyinə başlayıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, Arzum Uzunun indi "Neredesin aşkım" adlı üçüncü kitabı çapdan çıxıb.

"Mediada çalışsam da, mediadan kənar ola biləcək insan sayıla bilərəm. Kütləvi informasiya vasitələri həyatımıza tam sirayət edib. Mən özüm sevdiyim insanın xəyanətini, aldadıldığımı mediadan öyrəndim. Bu səbəbdən də medianın diqqətində olan insanları anlayıram", - A.Uzun deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: AHT