Lüks Chevrolet Corvette - FOTO

30 Sentyabr 2013 23:12
"American Speed Factory" tüninq bürosuna ötən nəslin sportkarı "Chevrolet Corvette" düşüb, hətta adi deyil, "yüklənmiş" Z06 variantı.

Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobilin sürət göstəricilərini artırmaqla güc aqreqatının faydalı iş əmsalı da artırılmış, banın aerodinamikası optimallaşdırılmış və təkər diskləri dəyişilmişdir. Yeniləmə siyahısını eksteryerin işləməsi tamamlamışdır.

Amerikan tünerləri ilk növbədə "Corvette"-in 7.0-litrlik 8-silindrli mühərrikini 506 a.g. və 637 Nm fırlanma anından 600 a.g. və 760 Nm-ə qədər artırdılar ki, bu da seriyalı modelin dinamik xarakteristikasını yaxşılaşdırdı və ona ilk "yüzlüyə" 3.9 saniyəyə çatmağa kömək etdi. Maksimal sürət isə 320 km/saatdır.

Avtomobilin parlaq-göy rəngli banı aerodinamik asılqanın karbon detalları, o cümlədən qabaq bamperin splitteri və arxada kiçik spoyler vasitəsilə dəyişib.

Sportkarın işlənməsində son ştrix aşağı salınmış asma və arxa oxda 345 mm eni olan aşağı profilli şinlərin keçirildiyi 20-düymlük "Strasse Forged Wheels" diskləri oldu.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.