Sharp da Windows-a keçdi

30 Sentyabr 2013 23:35
Yaponiyanın Sharp şirkəti bu gün Tokioda öz işinə başlamış CEATEC 2013 sərgisində IGZO adlı qabaqcıl ekran və Windows 8 əməliyyat sistemi ilə işləyən ilk planşetini nümayiş etdirib. Mebius Pad adlanan yeni planşet 2560x1600 piksel təsvir ölçüsünə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Mebius Pad planşeti dördnüvəli Atom Z3370 prosessoru ilə işləyir. Sharp şirkətindən bildirilib ki, planşetin baza versiyasına Windows 8 əməliyyat sistemi quraşdırılıb, lakin Microsoft şirkəti Windows 8.1 əməliyyat sistemini çıxaran kimi yeniləmə paketini cihaza ödənişsiz quraşdırmaq mümkün olacaq.

Planşet toz və sukeçirməz korpusla təchiz olunub. 2014-cü ilin əvvəlində Yaponiyada planşetin LTE şəbəkələrini dəstəkləyən versiyası da çıxarılacaq.

Milli.Az