Amazon "ağıllı" alətləri göstərdi

3 Aprel 2015 18:11
"Amazon.com İnc" onlayn satış saytının praym üzvləri üçün məhsulu bir düymə basımı ilə sifariş etmək yeni alət təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Dash button" adlanan düyməli alət "Wi-Fi" ilə internetə qoşulur. İstifadəçilərə bu xidmət vasitəsi ilə "Tide", "Huggies" və "Gillette" kimi məşhur markaların məhsullarını əldə etmək imkanı yaradılıb.

"Dash button" üstündə yapışqan ilə təchiz edilir və evin hər bir yerində asıla bilər.

Hər üç müştəridən biri şirkət tərəfindən e-mail ilə dəvətnamə aldığı halda pulsuz "Dash button" düyməsini əldə edə bilər.

"Reuters" xəbər saytı hələ ötən ilin sentyabr ayında "Amazon" şirkətinin "Silicon Valley"də yerləşən hissəsində "smart" internet -qoşulma ilə ev qurğularının sınaqları barədə xəbər vermişdi.

Milli.Az