Hava limanındakı 20 milyard avro kimindir? - FOTO

28 Sentyabr 2013 14:50
Rusiyanın paytaxtı Moskvadakı Şeremetyevo beynəlxalq hava liimanında adı yanız kağız üzərində olan xeyriyyə fonduna məxsus təyyarə "ilişib" qalıb.

Təyyarədə 20 milyard avro nağd pul var.

Milli.Az "Moskovski Komsomolets"ə istinadən bildirir ki, həmin təyyarə "Şeremetyevo" hava limanına 2007-ci ilin avqustun 7-də enib və o vaxtdan bəri pullara kimsə yiyə durmayıb.

Pullar Almaniyanın Frankfurt şəhərindən gətirilib və sənədlərdə yükün sahibi qismində Farzin Koroorian Motlagh adlı şəxs göstərilib.

Təyyarədəki pulların İraqın mərhum prezidenti Səddam Hüseynə məxsus olduğu da iddia olunur.

Pullar 200 paletdədir və hər paletdə 100 milyon avro var.

Ekspertlərin dediklərinə görə, 100 avroluq əskinaslarla 1 milyon avro təqribən 10 kiloqramdır. Belədirsə, təyyarədə 200 tonluq yük var.

Ukraynadakı "Mir Dobrıx Ludey" xeyriyyə fondu pullara iddialıdır.

Digər iddialara görə, Farzin Koroorian Motlagh fırıldaqçıdır və Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankından 14 milyard avronu oğurlamağa çalışıb.

Şeremetyevo hava limanının rəhbərliyi təyyarə ilə bağlı iddiaları "sərsəmlik" adlandıraraq qətiyyətlə təkzib edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Fotolar: Moskovski Komsomolets