Türkiyənin "Romantik prens" olaraq tanıdığı bəstəkar və ifaçı Mustafa Ceceli ötən gün vətənimizə təşrif buyurdu. Belə ki, ifaçı Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Beynəlxalq Kikboksinq" turnirə qatılaraq orada öz mahnılarını ifa etdi. Mustafa Ceceli öz çıxışı zamanı Azərbaycanda onun bu qədər heyranı olmasından xəbərsiz olduğunu bildirdi.Mustafa Ceceli: "Həyat bir yuxudur. İnsanlar öldükdən sonra sanki yatdıqları yuxudan oyanırlar"