Bu da Geek smartfonu

27 Sentyabr 2013 23:12
Bu gün ZTE şirkəti NVIDIA Tegra 4 platforması ilə işləyən ilk smartfonu təqdim edib. Geek modeli 1,8 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, microSD slotu, 1920×1080 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan başqa, smartfon 13 meqapiksellik kamera, 2300 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib və Dolby Digital Audio texnologiyasını dəstəkləyir. Cihaz Android 4.2 mobil əməliyyat sistemi ilə işləyir.

Çində sözügedən smartfon 300 dollara satılır. Şirkət aparatın başqa ölkələrə çıxarılacağı tarixi açıqlamayıb.

Milli.Az