Firefox "qətl"ə başlayır

28 Sentyabr 2013 16:36
Firefox brauzerinin yeni versiyasında Flash Playerdən başqa bütün plaqinlər (proqramın imkanlarını genişləndirən modullar) deaktiv ediləcək. İstifadəçi onları özü sərbəst şəkildə aktivləşdirməli olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, saytlardan hər hansı biri plaqin qoşulmasını tələb etsə, Firefox istifadəçiyə seçim imkanı yaradan müvafiq dialoq pəncərəsini üzə çıxaracaq. Yalnız Adobe Flash Player istisnadır.

Ehtimal ki, Mozilla təhlükəsizliklə əlaqədar plaqinlərdən can;n; qurtarmaq istəyir.

Başqa brauzer istehsalçıları da plaqinlərlə mübarizə aparmağa başlayır. Məsələn, Microsoft şirkəti Internet Explorer (IE) brauzerinin plitka versiyasında onları tamamilə bloklayıb və Google şirkəti 2014-cü ildə Chrome üçün plaqinləri məhvə başlamağa qərar verib.

Milli.Az