Röya İradəyə: “Türkiyəyə ərə getmisənsə, bir aydır Bakıda nə gəzirsən?”
21 Sentyabr 2010 16:50
Röya İradə İbrahimovaya sual ünvanlayıb: "Türkiyəyə ərə getmisən, bəs bir aydır Bakıda nə gəzirsən? Niyə ərinin yanında deyilsən? Bir də İradə xanıma məsləhət görürəm ki, arxı atlanmamış "hop" deməsin və heç kimi qınamasın! Mən hamilə vaxtı ictimaiyyət qarşısına çıxanda, o, verdiyi müsahibələrində məni qınayırdı. Amma özü qarnı burnunda mətbuat konfransı keçirib. Bu görkəmdə də efirlərdə görüntülənir."
Xatırladaq ki, hamiləliyinin son aylarında İradə İbrahimova ötən həftə Türkiyədə çəkdirdiyi "Bu aralar" klipini jurnalistlərə təqdim edib. Ana olmağa hazırlaşan müğənni təqdimat mərasimi başlayanda mətbuat nümayəndələrindən şəxsi həyatı ilə bağlı sual verməməyi xahiş etsə də, sonradan telekanalların jurnalistlərinin sualları qarşısında aciz qalıb.
ANS PRESS