Yeni Citroen C4 Cactus - FOTO

26 Sentyabr 2013 23:35
Citroen Cactus konsept-avtomobilin C4 Cactus adlandırılacaq seriya versiyası ilk dəfə 2014-cü il fevralın 5-də, fransız avtoistehsalçısının banisi Andre Sitroenanın ad günündə debüt edəcək. Bu haqda Citroen C-sırasının rəhbəri Pyer Monferriniyə istinadən Autocar bildirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Monferrininin sözlərinə görə yeni model PSA Peugeot Citroen qrupunun EMP2 adlanan modul platformasında hazırlanmayacaq. Onun yerinə şirkət C-Elysee büdcə sedanının, C4 hetçbekin və C4 Aircross krossoverin şassisi daxil olmaqla bir neçə başqa variantdan birini seçə bilər. Bu halda Caktus əsasında məhz hansı platformanın duracağını top-menecer dəqiqləşdirməib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.