Onun sözlərinə görə, yeni texnologiya və məhsulların alınmasına vəsaitlərin qoyuluşu davam etdiriləcək, satış sahəsindəki işçi heyətin tərkibi genişləndiriləcək, tərəfdaş proqramların sayı artırılacaq, bunun sayəsində isə şirkət inkişaf etməkdə olan bazarlarda öz mövqeyini möhkəmləndirə biləcək.
Biz korporativ həllər və servislər sahəsində nəhəng R&D investisiyaları qoruyub saxlayacağıq. Bu sözlər heç vəchlə şirkətin kompüter biznesini tərk etməsi kimi başa düşülməməlidir, - Dellin maliyyə direktoru Brayan Qladden qeyd edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin sentyabr ayının ortalarında Dellin səhmdarları Maykl Dell və Silver Lake Partners investisiya şirkəti tərəfindən qiymətli kağızların satın alınması şərtlərini təsdiqləyiblər. Şərtlərə əsasən Maykl Dell və Silver Lake Partners bir səhm üçün 13,75 dollar və 13 sent məbləğində xüsusi divident ödəyəcəklər. Başa çatması noyabrın 1-də gözlənilən Dellin özəlləşdirilməsi üzrə sövdələşmənin dəyəri ümumilikdə 24,9 milyard dollar qiymətləndirilir.
Milli.Az