Milli.Az 4carx.com-a istinadən bildirir ki, super avtomobilin qabarit uzunluğu 4927 millimetr, eni - 1934 millimetr, hündürlüyü isə - 1390 millimetr təşkil edir. Çərçivə və kuzovu alüminiumdan hazırlanmış avtomobilin çəkisi 1650 kiloqrama bərabərdir.
6,2-litrlik kompressorlu "səkkizlik" mühərrik 640 at gücü və 819 Nm fırlanma anı hasil edir. Equus Bass770 sıfırdan 96 kilometrə qədər 3,4 saniyə ərzində sürətlənir. Maksimal surət saata 320 kilometr təşkil edir.
Yenilik həmçinin maqnitoreoloji amortizatorlu adaptiv asqı, Brembo karbon-keramika əyləc mexanizmləri, 19 düymlük təkərli disklər, kondisioner, naviqator, kruiz-kontrol və multimedia sistemi ilə təchiz edilib.
Superkarın qiyməti 250 min dollardan başlayır. Əlavə ödəmə ilə Equus şirkəti Bass770 üçün geniş fərdiləşdirmə proqramı təklif edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.