Türkiyə millisinin rəsmi oyunlarının yayım hüququnu NTV qazandı
8 Fevral 2010 14:20
Milli.Az xəbər portalı Türkiyənin "Doğan" agentliyinə istinadən xəbər verir ki, NTV bunun üçün ƏDV (əlavə dəyər vergisi) çıxılmaqla 28 milyon 150 min dollar ödəməlidir.
Türkiyə Futbol Federasiyasında keçirilən auksiona ATV və NTV telekanalları qatılıblar. İlkin qiymətin ƏDV-siz 12 milyon dollar kimi müəyyənləşdirildiyi auksionun gedişində ATV iki dəfə fasilə götürüb. Fasilədən əvvəl 27 milyon 600 min dollar təklif edən NTV sonradan bu rəqəmi 28 milyon 150 min dollara çatdırıb. Beləliklə, telekanal yığmanın ev oyunlarının yayımı üçün ƏDV də daxil olmaqla 33 milyon 217 min dollar öədəyəcək.
Milli.Az