Dünən Azərbaycanda 12 yol qəzası baş verib

24 Sentyabr 2013 12:37

Sentyabrın 23-də respublikanın yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib

Baş verən qəzalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisi əlavə edib ki, bu məlumat gecə saat 24:00-dək qeydə alınan hadisələri əhatə edir.

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə isə, sentyabrın 23-də sutka ərazində paytaxtda 3 yol qəzası qeydə alınıb. Qəzalar zamanı 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Milli.Az