Kayahanın son mesajı

3 Aprel 2015 11:08

Türkiyənin ən məşhur müğənni və bəstəkarlarınlan olan Kayahan martın sonlarında xəstəxanaya yerləşdirilmişdi.
 

Onun xanımı İpek Açar ötən həftə əri ilə xəstxana palatasında çəkdirdiyi fotosunu Twitter-də paylaşmışdı.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, İ.Açar yazmışdı: "Onun son mesajı "Dualarınızı əsirgəməyin" oldu. Dualarınızı ona yollayın. Böyük sevginiz, dualarınız, gözəl diləkləriniz və mənə güc verdiyiniz üçün hamınıza təşəkkür edirik. İnşallah, sağalacaq".
 

Milli.Az