Təyyarədən 30 çemodan kokain çıxdı - FOTO

22 Sentyabr 2013 13:56

Venesueladan Fransaya uçan təyyarədə 1,3 ton saf kokain aşkar olunub

Venesuelanın paytaxtı Karakas şəhərindən Parisə uçan "Air France" təyyarəsinin yük yerinə yerləşdirilmiş 30 çemodanın içində 1,3 ton saf kokain aşkar olunub.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa hüquq-mühafizə orqanları, qiyməti 200 milyon avro olan kokainin sentyabrın 11-də aşkar olunduğunu bildiriblər.

Dünən açıqlanan hadisə ilə bağlı məlumat verən Fransa daxili işlər naziri Manuel Valls hadisə ilə bağlı artıq bir neçə nəfərin saxlanıldığını bildirib.

Nazirin sözlərinə görə, Karakasdan Parisə qədər diqqət çəkmədən yük yerində gələn çemodanların sahibi ortaya çıxmadığı üçün istintaq əməliyyatları, hələ də, davam etdirilir.

Venesuela hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı istintaq əməliyyatlarına başladıqları bildirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.