Sərtləşən Land Rover Defender - FOTO

21 Sentyabr 2013 20:32
Yenidən oxucularımızın diqqətinə Britaniyanın A. Kahn Design sazlama emalatxanasında tamamlamanı keçmiş Land Rover markasının növbəti yolsuzluq avtomobilini təqdim edirik.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dərə-təpəli yerlərdə hərəkət etmək, dağ zirvələrini fəth etmək, bataqlıqların və səhrada qum təpələrinin öhdəsindən gəlmək üçün yaradılmış Land Rover Defender 2.2 TDCI 90 Hard Top yolsuzluq avtomobili Chelsea Wide Track kökləmə proqramı sayəsində şəhər mühiti üçün uyğunlaşdırılıb. İnteryerin təmtəraqlı tərtibatı, yeni təkər diskləri dəsti və Kan Afzal şirkəti banisinin geniş kolleksiyasından gözəl nömrə nişanı zərif eksteryerə göz oxşayan əlavələrdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.