Milli.Az Auto.az-a istinadən bildirir ki, xüsusi modifikasiyada ban üçün 4 eksklüziv rəng, "AMG" atelyesindən 19-düymlük təkər diskləri, alüminium reylinqlər, qabaq bamperdə xrom əlavələr, o cümlədən baza variantına da aid olan 3 milli sükan, pedallarda metal üzlüklər, salonun dəri ilə işlənməsi və qabaq optikada biksenon fənərlər nəzərdə tutulmuşdur.
"Edition 1" variantını istənilən mühərrik növünə malik krossover üçün sifariş etmək olar. Avropa bazarında model ya 136 və 170 at gücünə malik dizel mühərrikləri ilə, ya da müvafiq olaraq 1.6 və 2.0 litr həcmli 156- və 211-güclü benzin mühərrikləri ilə əldə edilə bilər.
Xüsusi modifikasiya "Mercedes-Benz GLA"-in qiymətini 6307 avro bahalaşdıracaq. Yenilik üçün sifarişlər noyabr ayında başlayacaq, ilk müştərilər isə öz avtomobillərini mart ayında əldə edə biləcəklər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.