İslam avtomobili

20 Sentyabr 2010 16:02
Milli.Az xəbər portalı Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İranın avtomobil istehsalçısı - İran Khodro Company (IKCO) şirkətinin baş direktoru Cavad Nəcməddin bildirib ki, Türkiyə və İran arasında İslam ölkələri üçün D-8 adlı modelin istehsalı ilə bağlı danışıqlar aparılır. İlə 800 min avtomobil istehsal etməklə Yaxın Şərqin ən böyük şirkəti olduqlarını deyən Cavad Nəcməddin bildirib ki, Türkiyədə də avtomobil və ehtiyat hissələri istehsalı çox inkişaf edib.

Baş direktor qeyd edib ki, Türkiyə və İran İslam ölkələrinin avtomobil ehtiyaclarını ödəyə bilər. Onun sözlərinə görə, D-8 avtomobillərinin istehsalına 2-3 il ərzində başlanılacaq.

Milli.Az