Ağır yol qəzası: sərnişin öldü, sürücü yaralandı

20 Sentyabr 2013 18:53
Bu gün günorta satlarında Muğanlı-İsmayıllı yolunun 16-cı km-də İsmayıllı rayonunun Basqal kəndi ərazisindən keçən hissəsində avto nəqliyyat hadisəsi baş verib.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü İlham Əsgəralı oğlu Əsgərov idarə etdiyi "VAZ-21033" markalı, 10 DX 576 dövlət nömrə nişanlı avtomobillə Muğanlı istiqamətində hərəkətə olarkən idarəetməni itirərək yoldan çıxıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ-21033" minik markalı avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Mahizər Aqil qızı Qəribova aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Həmin avtomobilin sürücüsü İlham Əsgəralı oğlu Əsgərov isə xəsərət alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az