Quba Soyqırımı Memorial Kompleksi ilk ziyarətçilərini qəbul edir - VİDEO

20 Sentyabr 2013 18:18
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba Soyqırımı Memorial Kompleksi artıq ziyarətçilərini qəbul etməyə başlayıb. Kompleksin inzibati binasının tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunan kitabxana, arxiv və digər inzibati otaqlar da var.
Muzey Kompleksində XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar yer alıb. Kompleksdə Quba ilə yanaşı, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında da dolğun məlumatlar verilib. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri sərgilənir. Muzeydə sensor ekranlı monitorlar quraşdırılıb. Həmin monitorlar vasitəsilə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə məlumat almaq mümkündür.

Memorial kompleks 2007-ci ildə aşkarlanan Quba kütləvi məzarlığının ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Ümumi sahəsi 514 kvadrat kütləvi məzarlığın yalnız 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılıb. Qalan 20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb.

Milli.Az