Ən sürətli brauzer hansıdır?

20 Sentyabr 2013 23:53
Windows 7 əməliyyat sistemi üçün Internet Explorer (IE) brauzerinin ilkin versiyası digər brauzerlərlə müqayisədə 30% daha sürətli işləyir. Microsoft şirkəti SunSpider və başqa testlərə istinad edərək bu barədə məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, IE brauzeri Chakra, Javascript mühərriki sayəsində yaxşı göstəricilərə nail olub.

Microsoft şirkətinin öz bloqunda yerləşdirdiyi qrafikə əsasən, IE11 brauzeri göstəricilərinə görə Chrome 29, Firefox 23 və Opera 16 brauzerlərini ötüb.

Milli.Az