Tövhid surəsi nədir?

20 Sentyabr 2013 20:56
Milli.Az İslam.Az-a istinadən bildirir ki, Qurani Kərimin bəzi surələri bir neçə adla tanınır. Məsələn, Fatihə surəsinə əl-Həmd də deyirlər.

Ğafir surəsi Mömin adı ilə də tanınır. Quranın 112-ci sırada duran İxlas surəsi bəzi kitablarda Tövhid surəsi kimi tanıtdırılır. Çünki bu surədə Allahın vahidliyindən (tövhiddən) söhbət gedir. İxlas surəsinə Qul huvəllah da deyirlər. Bunun səbəbi surənin həmin sözlərlə başlamasıdır.

Milli.Az