Şah Abbas və Uğurlu xan karvansarayları təmir edilir
19 Sentyabr 2013 15:56
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə aparılan abadlıq-quruculuq işləri çərçivəsində Şah Abbas və Uğurlu xan karvansarayları da əsaslı şəkildə təmir olunur. İşlərə 2011-ci ilin sentyabr ayından başlanılıb. Hər iki karvansarayda restavrasiya işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə aparılır. Artıq karvansarayların bütün tikililərində təməl-bərkitmə işləri başa çatıb.
Bununla paralel, sütünlar da bünövrədən betonla bərkidilib. Binanın daxilində və üz hissəsində qəzalı vəziyyətdə olan yerlər yenidən əsaslı təmir olunub. Karvansaraylarda istifadə edilən kərpiclər isə Şəki şəhərindən gətirilir ki, bu da o dövrdə istifadə edilən kərpiclərə uyğun gəlir. Görülən işlər zamanı binanın köhnə görkəmi qorunur.
İş icraçısı Elçin Əhmədzadə: "Çalışırıq tikinti materialları kimi doxsan faiz təbii materiallardan istifadə edək. Burada, əsasən, əhəng tozundan istifadə olunur. Çünki əhəng tozu illər keçdikcə daha da möhkəmlənir. Biz də çalışdıq ki, o tərkibi saxlayaq".
Milli.Az