Siemens-in rəhbərliyi dəyişdi

19 Sentyabr 2013 20:15
Almaniyanın Siemens şirkətinin maliyyə direktoru Ralf Tomas bir ay əvvəl baş direktor vəzifəsini tutan Co Kezerin yerinə təyin olunub. Bu barədə şirkətdən bildirilib.

R.Tomas 5 il ərzində sənaye məhsulları şöbəsini maliyyə direktoru vəzifəsində çalışıb. Şirkətin keçmiş maliyyə direktoru C.Kezer cari ilin yayında baş direktor Piter Leşerin istefasından sonra bu vəzifəni tutub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni direktorlar Siemensin yeni növ bizneslərin fəal genişlənməsi və investisiyaların yatırılması, o cümlədən çoxmilyardlıq itkilərə səbəb olan günəş enerjisindən istifadə üzrə uğursuz layihələr nəticəsində zəiflədilən mövqelərini gücləndirməlidirlər.

Bundan başqa, istehsalçının proqram təminatı idarəedicisi Cim Haqemann Sneyb Siemensin Müşahidə Şurasına seçiləcək. Belə ki, Deutsche Bankın keçmiş baş direktoru Cozef Akermann P.Leşerin istefası ilə bağlı yaran mübahisələr nəticəsində Müşahidə Şurasını tərk edib. Həmçinin əmək resursları ilə məşğul olan Bridcit Ederer İdarə Heyətindəki vəzifəsini tərk edib. Onun yerinə texniki direktor vəzifəsini tutan Klaus Helmrix təyinat alıb.

Milli.Az