Windows 8 bu qiymətə satılacaq

19 Sentyabr 2013 20:56
Microsoft korporasiyası oktyabrın 18-də təqdim ediləcək Windows 8.1 əməliyyat sisteminin (ƏS) qiymətini açıqlayıb. Standart versiyanın qiyməti 120 dollar təşkil edəcək və biznes üçün əlavə imkanlara malik Pro versiya üçün daha 80 dollar ödəmək lazım gələcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni ƏS-ni həm internet üzərindən köçürmək, həm də dükandan almaq mümkün olacaq. Kompüterlərinə Windows 8 əməliyyat sistemi quraşdırılmış istifadəçilər ƏS-ni ödənişsiz 8.1-dək yeniləyə biləcəklər.

Milli.Az