Tanış olun: Range Rover Mystere - FOTO

19 Sentyabr 2013 22:54
Hamann kökləmə mütəxəssisləri Frankfurta firma asmasında tutqun boz rəngli Range Rover Mystere yolsuzluq avtomobilini gətiriblər. Milli.Az 4charx.com-a istinadən bildirir ki, daha əvvəl, Cenevrə 2013 Avtosalonunda Hamann Motorsports öz stendində Mk4 kuzovunda tüninq edilmiş Range Rover Mystere yolsuzluq avtomobilini nümayiş etdirmişdi, amma həmin avtomobil güzgülü çəhrayı rəngdə idi. Görünür emalatxanada qərara gəliblər ki, boz rəng iri nataraz yolsuzluq avtomobilinə daha çox yaraşır.

Hamann Range Rover Mk4 üçün tam bir dəst aerodinamik asma təklif edir. Dəstə spoyler və inteqrasiya edilmiş gündüz işıq diod işıqları ilə yeni qabaq bamper, qabaq və dal təkər tağlarına taxmalar, yan ətəklər, hava giriş dəlikli karbondan hazırlanmış yeni kapot daxildir. Kuzov bütünlükə tutqun boz rəngdədir, salon isə tünd boz və süd rəngli dəri və zamş ilə işlənib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.