Tanış olun: ən böyük ekranlı BlackBerry - VİDEO - FOTO

19 Sentyabr 2013 10:49
Sabiq Research in Motion, indiki BlackBerry korporasiyası yeni BlackBerry Z30 smartfonunu təqdim ediğb.

Milli.Az EnEngadget-ə istinadən bildirir ki, bu smartfon şirkətin yeni markalı telefonları arasında ən böyük ekrana malik olanıdır.

5 düymlük displey Super AMOLED texnologiyası ilə hazırlanıb.

2 nüvəli Snapdragon S4 Pro prosessoru və Adreno 320 qrafikasına malik smartfonun 16 qeqabayt daxili yaddaşı, 2 qeqabayt operativ yaddaşı və 2 kamerası (2 və 8 meqapiksel) var.

NFC texnologiyasını dəstəkləyən smartfon LTE şəbəkələrinə qoşula bilir.

Aparatda 2880 milliamper/saat tutumlu batareya var ki, bu da BlackBerry-nin digər modelləri ilə müqaysiədə BlackBerry Z30-un daha uzunmüddətli işini təmin edir.

Z30 smartfonu BlackBerry 10.2 əməliyyat sistemi ilə işləyir.

Yeni smartfonunun novasiyalarından biri də Priority Hub-dır.

Bu sistem ən mühüm elektron məktub, SMS və mətn mesajlarını ayırıb bir yerə yığır.

BlackBerry Z30 sentyabrın sonlarında satışa çıxarılacaq. Şirkət smartfonun satış qiyməti barədə açıqlama vermir.

Z30 şirkətin BlackBerry 10 əməliyyat sistemi ilə çalışan 4-cü smartfonudur.

BlackBerry satışlarla bağlı heç bir məlumat verməsə də, artıq bəllidir ki, bu smartfonlar çox pis alınır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.