Gəzməyi bacaran, ayağı yer tutan uşaqların oynayarkən yıxılıb-əzilməsi normal hal kimi qəbul edilir. Əldə, ayaqda yaranan göyərmələr, zədələnmələr əksər valideynlər tərəfindən həssaslıqla qarşılansa da, çoxu buna fikir vermir. "Uşaq yıxıla-yıxıla böyüyər" misalına uyğun olaraq uşaqların da iki addımdan bir yıxılması normal sayılır. Göyərən hissələr isə bir müddət sonra sağalır və tamamilə yox olur. Bəzən bu göyərmələr uzun müddət bədəndə qalır. Belə olan halda valideynlər əldə, ayaqda yaranmış göyərmiş yerə buz, soyuq su qoymaqla onu aradan qaldırmağa çalışırlar. Halbuki, bu cür yardımlar uşaq yıxılıb-əzildiyi zaman daha effektiv olur, nəinki göyərmə uzunmüddətli olduqda.Göyərən dizlər qan xəstəliyinin xəbərçisidir