Sükanı arxada olan Nissan - FOTO

18 Sentyabr 2013 18:33
Ərəblərin avtomobillərin qeyri-adi kökləməsinə çox maraq göstərdikləri yaxşı məlumdur. Ancaq hər yeni layihə sözün bütün mənalarında əvvəlkindən daha qeyri-adi olmağa müvəffəq olur. Dubayda yerləşən King of Custom emalatxanasının təkmilləşdirdiyi Nissan Patrol da istisna olmayıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, zahirən avtomobil standartdan heç nəylə fərqlənmir, ancaq yalnız qapını açmaq kifayətdir ki, təkmilləşdirmənin miqyası aydın olsun. Məsələ ondadır ki, bu Nissan Patrol -da sükan qabaqda deyil, arxadadır!

Və bu - səhv deyil. Sükan təkəri, həmçinin cihaz lövhəsi, pedal qovşağı və sürətdəyişmə qutusu dəstəyi arxada yerləşdirilib, həm də sürücü kürsüsü salonun mərkəzində yerləşdirilib.

Qabaq hissədə isə tüninq müəllifləri qabaq paneli əlavə monitorlarla təchiz edib sərnişin yerlərini saxlayıblar. Bundan başqa, oturacaqların üçüncü sırası da toxunulmaz qalıb.

Belə kökləmənin məqsədi və dəyəri bildirilmir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.