Rusun "Niva"sı ingilisin "Range Rover"inə qalib gəldi
18 Sentyabr 2013 15:18
Rusiya istehsalı olan "Niva" avtomobilləri Almaniyada Britaniyanın lüks yolsuzluq avtomobillərini geridə qoyur. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, avqust ayında Almaniyada "Lada Taiga" adı ilə satışa çıxarılan "Lada 4x4" avtomobillərinin satışı "Range Rover"in satışından qat-qat yüksək olub.
Avqust ayı ərzində almanlar 79 ədəd "Lada Taiga" avtomobili alıblar. Həmin vaxt "Range Rover"in satışı 64 ədəd olub. Britaniyanın "Land Rover Discovery" avtomobilləri 74 ədəd satılıb. Almaniya istehsalı olan "Mercedes-Benz GL" modeli isə 76 ədəd satılıb.
Milli.Az