Ən bahalı Alfa Romeo satıldı - FOTO

17 Sentyabr 2013 19:39
Bonhams hərrac evi 1935-ci ilin Alfa Romeo 8C-35 Monoposto yarış avtomobilini 9 milyon 360 min dollara satıb. Avtomobil indiyədək hərracda satılmış ən bahalı "Alfa Romeo"dur. Daha əvvəl bu markanın nümayəndələri üçün rekord qiymət 2010-cu ildə 6 milyon 660 min dollara satılmış 1933-cü ilin 8C 2300 Monza modelinə məxsus idi.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, model "gümüş oxlarla" - Mercedes-Benz və Auto Union şirkətlərinin istehsalı olmuş alman bolidləri ilə rəqabət aparmaq üçün hazırlanmışdı. Alfa Romeo 8C-35 Monoposto 330 at gücü hasil edən 3,8-litrlik səkkiz silindrli kompressorlu mühərriklə təchiz edilib.

Bonhams hərracında satılmış avtomobillər üçün rekord məbləğ iyunda təyin edilmişdi. O zaman hərracda beşqat Formula-1 çempionu Xuan Manuelya Fanxionun Mercedes-Benz W196 yarış avtomobili 29 milyon 650 min dollara satılmışdı.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.