Printerdə çap edilmiş tapança...

17 Sentyabr 2013 20:15
Bir çoxları Kodi Vilsonu - 3D printerdə Liberator plastik döyüş tapançası çap etmiş tələbəni xatırlayır. Sözügedən tapança Viktoriya və Albert muzeyinə təqdim ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Vilson ilk əvvəl hesab edirdi ki, Liberatordan yalnız bir atəş açıla bilər. Lakin sonra məlum olub ki, müəyyən şərtlər daxilində plastik tapançadan bir neçə atəş açmaq olar.

Vilson hesab edir ki, onun həlli dünyanı dəyişdirəcək; hər bir kəs özünümüdafiə üçün asanlıqla özünə silah çap edə biləcək. Bunun üçün yalnız 3D printerə malik olmaq kifayətdir.

Milli.Az