Dünyanın ən varlısı yenə odur

17 Sentyabr 2013 22:54
"Forbes" nəşri 400 ən zəngin amerikalının siyahısını dərc edib.

Siyahıda artıq 20 il ardıcıl olaraq birinci yerdə Microsoft korporasiyasının həmtəsisçisi Bill Qeyts qərarlaşıb. İlin yekununa görə onun varidatı 72 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6 milyard dollar çoxdur. İkinci yerdə investor Uorren Baffet yer alıb və onu varidatı 58,5 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 12,5 milyard dollar çoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, üçüncü yerdə Oracle şirkətinin CEO-su Larri Ellison (41 milyard dollar) qərarlaşıb, onun gəliri bir il ərzində demək olar ki dəyişməyib. "Forbes" nəşri qeyd edib ki, zəngin şəxslərin siyahısında İT sahəsinin nümayəndələri ikinci yerdə qərarlaşıb. Top-400 siyahısındakı 50 ad informasiya texnologiyaları sahəsi ilə bağlıdır.

Amazonun direktoru Ceff Bezos (27.2 milyard dollar) 12-ci pillədə yer alıb. Google şirkətinin həmtəsisçiləri Larri PeycSerqey Brin hər birinə 49,3 milyard dollarla müvafiq olaraq 13 və 14-cü yerdə qərarlaşıblar.

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq 20-ci yerdə qərarlaşıb, bundan başqa o, "Forbes" 400 siyahısının ən gənc iştirakçılarından biridir. Zukerberqin varidatı hazırda 19 milyard dollar dəyərində qiymətləndirilir. Facebookun səhmlərinin məzənnəsinin birjada qalxması buna səbəb göstərilir.

Microsoft şirkətinin hazırki CEO-su Stiv Balmer siyahıda 21-ci olub, onun varidatı 18 milyard dollar təşkil edir, həm də o, bir il ərzində iki pillə yüksəlib.

"Forbes" nəşrinə əsasən, 400 ən zəngin amerikalının ümumi varidatı 2,02 trilyon dollar təşkil edir ki, bu da təxminən Rusiyanın ÜDM-nə bərabərdir.

Milli.Az