Milli.Az İslam.az-a istinadən bildirir ki, lakin əksər mənbələrdə hər cür rəqsin hədər əyləncə, vaxt keçirmə vasitəsi olduğu deyilir və rəqs etmək qadağan sayılır. İnsanı ehtirasa gətirən, Allahdan uzaq salan, coşduran və günah əməllərə aparan rəqslər bütün alimlərin nəzərində haramdır. Xüsusilə, qadının naməhrəm kişi qarşısında rəqs etməsi buna aiddir.
Müctəhidlərin əksəriyyəti kişinin kişi məclisində rəqs etməsinə də icazə vermirlər, hətta insan evdə tək olarkən belə, rəqs etməsi mənasız vaxt keçirmək olduğu üçün, bunu xoş qarşılamırlar. Amma qadının qadın məclisində rəqs etməsi bəzi müctəhidlər tərəfindən icazəli sayılır. Alimlərin əksəriyyəti yalnız qadının öz həyat yoldaşından ötrü rəqs etməsinə icazə verir. Bu barədə daha dəqiq məlumat almaq istəyənlərə məsləhət görürük ki, təqlid etdikləri müctəhidin fətvasını öyrənsinlər.
Milli.Az