Azan deyilib qurtarmamış namaza başlamaq olarmı?

17 Sentyabr 2013 19:06

Milli.Az İslam.az-a istinadən bildirir ki, namazın vaxtı astronomik hesabatlar nəticəsində təyin edilir. Yəni insan etibar etdiyi cədvəldən namaz vaxtının girdiyini öyrənirsə, azanı gözləməyə ehtiyac yoxdur.

Əgər namaz vaxtı girdiyi anda azan deyilməyə başlanıbsa, bu halda azanın bitməsini gözləmək məsləhətdir. Çünki əvvəla, azanı dinləyən adam savab qazanır. İkincisi, namaz vaxtı daxil olandan sonra bir neçə dəqiqə ehtiyata görə gözləmək yaxşıdır. Amma bu, vacib şərt deyil. Namaz vaxtının girdiyi dəqiqədə də namaza başlamaq olar və azanın bitməsini gözləmək mütləq mənada vacib deyil.

Milli.Az