Yol polisi "Chevrolet Camaro" sürücüsündən 50 manat qopardı - FOTO
17 Sentyabr 2013 13:24
Bakının mərkəzi küçələrində qeyri-qanuni parkinqlərin aradan qaldırılması məqsədi ilə yol polisi tərəfindən reydlər keçirilir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, Şeyx Şamil, İstiqlaliyyət, Lermontov və digər küçələrdə avtomobillər qeyri-qanuni park edildikdə cərimə meydançasına aparılır.
Piyadaya yol verməyən "Chevrolet Camaro" polisin qəzəbinə tuş gəldi.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, Bakının mərkəzi küçələrində keçirilən reydlər zamanı yol polisi "Chevrolet Camaro" markalı avtomobili piyadaya yol vermədiyinə görə saxlayıb. Avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 151-3 maddəsinə əsasən, 50 manat cərimə olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.