Vaşinqtonda gülləbaran: 6 ölü, 12 yaralı - YENİLƏNİB - FOTO
17 Sentyabr 2013 10:25
17.09.2013
10:25
Vaşinqtonda ABŞ hərbi dəniz qüvvələrinin (HDQ) binasında atəş açan Aaron Aleksis tək hərəkət edib. Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, cinayəti araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları bu qənaətə gəliblər.
"İstintaqın hazırkı mərhələsində atəş açanla birgə kiminsə olması barədə heç bir dəlil yoxdur. Amma tam istisna olunmur", - Vaşinqton meri Vinsent Qrey deyib.
Qeyd edək ki, Aaron Aleksis 2007-ci ildən 2011-ci ilə qədər ABŞ HDQ-nin ehtiyat hərbi qulluqçusu olub. Sonradan Hewlett-Packard (HP) şirkətinin hərbi bölməsində çalışıb. Aleksisin bu əməli hansı motivlərlə törətdiyi barədə hələ ki, heç bir ehtimal yoxdur. Aleksis məsuliyyətsizliyə görə qovulub. Bir neçə il öncə qanunsuz silah gəzdirdiyi üçün polis tərəfindən saxlanılıb.
Hadisənin bəzi təfərrüatları da məlum olub. İstintaqa yaxın mənbələrdən Reuters agentliyinə bildiriblər ki, Aleksis yarı avtomat AR-15 tüfəngi ilə silahlanmışdı. HDQ-nin binasına isə özünün buraxılış vəsiqəsi ilə daxil olub.
-----------------
16.09.2013
21:32
ABŞ paytaxtındakı Hərbi-Dəniz Qüvvələrinin təminat xidmətinin qərvargah binasına yollanaraq atəş açıblar.
Milli.Az CNN-ə istinadən bildirir ki, onların ikisi də zərərsizləşdirilib.
Reuters-in məlumatına görə, onlardan birini polis qətlə yetirib. Həmin şəxs HDQ-nin 50 yaşlı sabiq hərbçisidir.
İki nəfərin atəş açması nəticəsində həlak olan və yaralananların sayı dəqiq bilinmir.
Associated Press xəbər verir ki, 6 nəfər həlak olub.
ABC 12 yaralının olduğunu vurğulayır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
-------------------
17.09.2013
10:25
-------------------
16.09.2013
21:38